Hindistanda ağır yol-nəqliyyat qəzası baş verib: 25 nəfər ölüb

Hindistanda ağır yol-nəqliyyat qəzası baş verib: 25 nəfər ölüb

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, içərisində 43 nəfərin olduğu sərnişin avtobusu Racabari yaşayış məntəqəsində taxta körpünün uçması nəticəsində dərəyə aşıb. İlkin məlumata əsasən, nəticədə, 25 nəfər ölüb. Daha 6 nəfərin xilas edildiyi, digər şəxslərin isə itkin düşdüyü bildirilir.

Avtobusun Quvahati şəhərindən Kamrup rayonu istiqamətində hərəkət etdiyi qeyd olunur. Ərazidə axtarış-xilasetmə işləri görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə