Gəncə şəhərində qonşular arasında dava bıçaqlanma ilə nəticələnib.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Todanlı qəsəbəsində baş verib.
Şəhər sakini 1989-cu il təvəllüdlü Süleymanov Bəhman Mehman oğlu qonşusu tərəfindən bıçaqlanıb. Xəstəxanalardan birinə yerləşdirilən 32 yaşlı şəxs əməliyyat edilib və hazırda vəziyyəti orta ağırdır.
İlkin məlumata əsasən, hadisə pul üstündə baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB