Bakı-Qazax magistral yolunun Tovuz rayonunun Düz Qırıxlı kəndindən keçən hissəsində ölümlə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Düz Qırıxlı kəndindən keçən hissəsində qeydə alınıb. “ZİL" və "MAN" markalı yük maşınlarının toqquşması nəticəsində “ZİL”in sərnişini Arif Həsənov dünyasını dəyişib. Xəsarət alanlar Ağstafa rayon sakinləri Yusif Kazımzadə və Elgün Həsənli Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Müəllif: Cabir Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB