Tovuzda dövlətə ziyan vuranlar saxlanıldı - VİDEO

Tovuzda dövlətə ziyan vuranlar saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon Suvarma Sistemləri İdarəsinə məxsus rayonun Ceyrançöl ərazisində quraşdırılmış artezian mühərrikini oğurlamaqda şübhəli bilinən rayonun Çatax kənd sakini Murad Quliyev və Bakı şəhər sakini Nizaməddin Ələkbərov saxlanılıblar. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Polis əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat nəticəsində rayon ərazisindəki fermalardan birindən 450 manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Belə ki, həmin şəxslərin rayonun Düz Cırdaxan kənd sakinləri Sərxan Məmmədov və Oqtay Məmmədov olduqları müəyyən edilib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, saxlanılan şəxslər cari ilin müxtəlif vaxtlarında rayon ərazisindəki daş karxanasından 600 manatlıq, digər bir fermadan isə 1800 manatlıq elektrik naqilləri oğurlayıblar. Qeyd edilən faktlarla bağlı Tovuz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə