Ağdaş RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Ağzıbir kənd sakini Möhlət Əliyev saxlanılıb. SİA-nın xəbərinə görə, polis əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən, yaş halda çəkisi 9 kiloqram 130 qram olan 66 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Möhlət Əliyev ifadəsində narkotik tərkibli bitkiləri may ayında becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib. Faktla bağlı Ağdaş RPŞ-də cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB