Bakı-Qazax yolunda qəza: iki nəfər həyatını itirib

Bakı-Qazax yolunda qəza: iki nəfər həyatını itirib

Bakı-Qazax avtomagistralında ağır yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə magistralın Yevlax-Ləki hissəsində baş verib. Baş vermiş ağır yol nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Hazırda hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları və həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə