Həyətində heroin aşkar edilən şəxs saxlanılıb

Həyətində heroin aşkar edilən şəxs saxlanılıb

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Səpnəkaran kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Fətullayevdən heroin aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, davam etdirilən tədbirlərlə onun yaşadığı evin həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 4 çətənə kolu da götürülüb.

Aparılan tədbirlərlə onun evdən paltaryuyan, otbiçən, su mühərriki, məişət əşyaları, 150 metr uzunluğunda naqil, digər evdən isə 3800 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə