Narkotik tərkibli bitkilər aşkar edilib

Narkotik tərkibli bitkilər aşkar edilib

Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan SİA-ya bildiriblər ki, tədbir zamanı rayonun Ağalı kəndi ərazisində 100 kiloqram çəkidə 760 çətənə kolu aşkarlanıb. Həmin çətənə kolları yandırılaraq məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə