Ölümlə nəticələnən yol qəzası baş verib - FOTO

Ölümlə nəticələnən yol qəzası baş verib - FOTO

Ucar rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə iyunun 28-də gecə saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, Elçin Cəlilovun idarə etdiyi “Opel” markalı minik maşını Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə, sürücü E.Cəlilov ölüb. Habelə, “Opel”dəki 3 sərnişin - 2 yaşlı İlyas Elçin oğlu Cəlilov, 45 yaşlı Zaur Balay oğlu Xəlilov və 31 yaşlı Aysel Balay qızı Cəlilova aldıqları çoxsaylı xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə