Batma təhlükəsi ilə üzləşən şəxslər xilas olunub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Yevlax”, “Mərdəkan”, “Buzovna”, “Bilgəh”, “Hövsan” sularda xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən 5 nəfər batma təhlükəsi ilə üzləşib.
Qeyd olunub ki, onların hər biri xilas olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB