Binəqədidə yaşayış binasında yanğın olub

Binəqədidə yaşayış binasında yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonda doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 48 m² olan mənzilin yanar konstruksiyaları 22 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bütün xəbərlər Facebook səhifəmizdə