Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.
SİA-nın bölgə müxbirinin məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir ərazisindən keçən hissəsində qeydə alınıb.
Avtoqəza zamanı "QAZ 31" və "VAZ 2107" markalı iki avtomobil toqquşub. Nəticədə bir qadın sərnişin hadisə yerində dünyasını dəyişib, iki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməldaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov




USD
EUR
GBP
RUB