Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonunun ərazisində meşə massivi istiqamətində Ermənistan hərbçiləri tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkarlayıb. ANAMA-nın Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, döyüş meydanında məğlubiyyətə uğradılan düşmən, əhaliyə və orduya qarşı çox saylı tələ - mina basdırıb və gizlədib. Xocavənd rayonunda ağaca asılan piyada əleyhinə MON-100 minası istiqamətlə idarəolunan qəlpələnən mina növünə aiddir. Qəlpələri 100-160 metrə qədər məhvetmə qüvvəsinə malikdir. Ümumi çəkisi 5 kiloqram olan minanın 2 kiloqramı partlayıcı maddədən ibarətdir. Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 1 santimetr ölçüdə 400 qəlpə yayılır. Eyni zamanda, partlayış vaxtı minanın korpusunun metal hissələri yan və arxa tərəflərə 30-35 metr məsafədə təhlükə törədir. Qəlpələr 100 metr məsafədə təxminən 6,5-9,5 metr enində və 6 metr hündürlüyündə ərazini əhatə edir.
Piyada əleyhinə minalar canlı qüvvələrin xəsarət alması və öldürülməsi üçün istifadə edilir. MON-100 tipli qəlpələnən minalar isə canlıların kütləvi şəkildə məhvi üçün nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB