Bataqlığa düşən avtomobilin sürücüsü dünyasını dəyişib

Bataqlığa düşən avtomobilin sürücüsü dünyasını dəyişib

Dünən axşam saatlarında, təxminən 22:30 radələrində Hacıqabul rayonunda 21 yaşlı gəncin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, Hacıqabul sakini 1990-cı il təvəllüdlü Ələkbərov Dədəş Akan oğlu idarə etdiyi "Nissan Sunny" markalı 10 VT 767 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şirvan yolunun üzərində yerləşən körpüdən aşağı enərkən idarəetməni itirib və yolun sol tərəfindəki bataqlığa düşüb.

Nəticədə sürücü Ələkbərov Dədəş Akan oğlu hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə