FHN İmişli bazarındakı yanğınla bağlı məlumat yayıb

FHN İmişli bazarındakı yanğınla bağlı məlumat yayıb

İyunun 25-də İmişli şəhərində yerləşən ümumi sahəsi 20000 kv.m. olan bazarda, təqribən 2400 kv.m. sahədə bir dam altında yerləşən və bir-birinə bitişik 150 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları və içərisinə yığılmış mallar yanıb.
SİA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata əsasən, bazara bitişik digər mağazalar və bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə