Gəncə şəhərində "Toyota Prado" markalı avtomobil "Niva" ilə toqquşub
Gəncə şəhərində "Toyota Prado" markalı avtomobil "Niva" markalı avtomobillə toqquşub.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. "Toyota Prado" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında dayanan "Niva" markalı avtomobillə toqquşub.
Hadisə zamanı "Toyota" markalı avtomobildə olan sərnişin xəsarət alıb.
İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB