Suraxanı RPİ 30-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri Elşən Müzəffərov, Anar Babayev, Əmrah Əhədov və Gülnarə Qasımova mayın 31-də yaxalanıblar. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müəyyən olunub ki, onlar may ayında müxtəlif vaxtlarda Hövsan qəsəbəsində Mikayıl Bayramova, İntiqam Osmanova, İlham Fəttayevə və Qulu Quliyevə məxsus mağazalardan sürət çıxarma aparatı, ərzaq malları, danışıq kartları və pul oğurlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB