"Opel"lə VAZ 2106 toqquşub, sərnişinlərdən biri xəsarət alıb

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
SİA xəbər verir ki, qəza Qara Qarayev prospekti ilə Mikayıl Mikayılov küçəsinin kəsişməsində qeydə alınıb.

“VAZ 2106” markalı avtomobil prospektlə hərəkətdə olan zaman Mikayıl Mikayilov küçəsindən gələn “Opel” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza zamanı “VAZ 2106”-da olan sərnişin xəsarət alıb.
Faktı Nizami Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə