İyunun 18-i Kürdəmir rayonu ərazisində Yaşar Baxşıyevin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkənin tanışları Xəyal Heydərov və Tural Cəbrayıllının şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Yaşar Baxşıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.1 ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) və 29, 120.2.5-ci ( tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Xəyal Heydərov və Tural Cəbrayıllı qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə