Samux rayon sakini güllə yarası ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Ziyadlı kəndində istixanalardan birində baş verib.

1989-cu il təvəllüdlü Məmmədov Taleh Yelmar oğlu bud nahiyəsindən güllə yarası alıb. Əməliyyat edilən şəxsin vəziyyəti orta ağırdır.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə