Ötən gün ölkədə 76 yanğın olub FHN

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 76 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Nazirlikdən SİA-ya verilən məlumatda bildirilir ki, ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 12 nəfər, o cümlədən Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub, 1 nəfərin isə meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə