Şabran rayonunda naməlum kişi meyiti tapılıb

Şabran rayonunda naməlum kişi meyiti tapılıb

Şabran rayonunda Gəndov kəndi ərazisindən keçən kanalda naməlum kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Vəlvələçay-Taxtakörpü kanalında aşkarlanan naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com