Kür çayında batan 15 və 16 yaşlı yeniyetmələrin axtarışları davam edir - FOTO

Kür çayında batan 15 və 16 yaşlı yeniyetmələrin axtarışları davam edir - FOTO

Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində batan Qaracəmirli kənd sakinləri 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlu və 2005-ci il təvəllüdlü Məmmədov Yusif Araz oğlunun axtarışları davam edir. SİA-nın yerli bürosunun verdiyi məlumata görə, Fövqəladə Halla Nazirliyinin ( FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu ərazidəki axtarışlara cəlb olunub.

Hazırda axtarışlar davam edir. Hər iki şəxs ərazidə üzmək istəyən zaman batıb.

Bütün xəbərlər Facebook səhifəmizdə