Avtomobil 25 yaşlı gənc qızı vuraraq öldürdü

Avtomobil 25 yaşlı gənc qızı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil maşın bazarının yaxınlığında yolu keçən 1996-cı il təvəllüdlü Qurbanova Xəyalə Yasin qızını vuraraq, ağır xəsarət yetirib. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, X.Qurbanovanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə