Gədəbəy rayonuna yağan aramsız yağışlar bir sıra ciddi problemlər yaratmaqla yanaşı, insan itkisinə də səbəb olub. Ən ciddi problem Söyüdlü kəndində baş verib.
Kənd sakini 35 yaşlı Musayev Məhəmməd İdris oğlu sel sularının qurbanı olub.
Yaxınlarının sözlərinə görə, mərhum may ayının 27-də atı ilə meşəyə gedib. Axşam evə qayıtmadığından ailə üzvləri narahat olmağa başlayıb. Elə axşam saatlarında meşədə axtarış aparılsa da, adı çəkilən şəxsdən xəbər tuta bilməyiblər. Bir gün sonra mərhumun atının, ikinci gün isə özünün meyiti tapılıb.
İlkin ehtimallara görə, hadisə mərhumun çayı keçmək istəməsi nəticəsində baş verib. Ümumlikdə son 1 ayda Gədəbəy rayonuna leysan yağışları yağır. Əhali sözün həqiq mənasında təşviş içərisindədir. Kənd icra nümayəndəsi İsa Həsənovun SİA-nın bölgə müxbirinə bildirdiyinə görə, kənddə dəfələrlə analoji hadisə baş verib.
Onu da bildirək ki, yağan yağışlar kənd təsərrüfatına da ciddi ziyan vurub.
Xüsusən dağlıq ərazilərdəki əkin sahələrini sel suları yuyub.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB