Gəncədə yaşayış binasında yanğın olub, 3 nəfər yaralanıb

Gəncədə yanğın hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev Prospektində yerləşən 4 mərtəbəli binanın sonuncu mərtəbəsində qeydə alınıb.

Sözügedən ünvandakı mənzildə yanğının anidən baş verdiyi bildirilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

İlkin məlumata görə, yanğının qazsızma səbəbindən baş verdiyi ehtimal olunur.

Yanğın zamanı 3 nəfər - 1981-ci il təvəllüdlü Cabbarov Mirmehdi Mirağa oğlu, 1962-ci il təvəllüdlü Rzayev Ruzigar Salman oğlu və 1966-cı il təvəllüdlü Rzayeva İradə Oktay qızı yanıq xəsarəti alıb.

Bina sakinləri təxliyə edilib.

Yanğın nəzarət altına alınaraq söndürülüb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə