Arvad ərini bıçaqlayıb

Mayın 28-də F.Süleymanov küçəsində nikahsız yaşayanlar Mətanət Fərəcova Rauf Cəfərovun döş qəfəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirdiyinə görə Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, digər bıçaqlanma hadisəsi mayın 29-u saat 01:30 radələrində A.Ağayev küçəsində baş verib. Burada yaşayan Rövşən Abdullayev qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətlərilə KTM-ya yerləşdirilib. Yasamal RPİ 26-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Kamran Şahbazov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə