Axtarışda olan şəxslər yaxalanıb

Axtarışda olan şəxslər yaxalanıb

Nərimanov RPİ 18-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 243.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsilə axtarışda olan Fuad Babayev mayın 30-da tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 180-ci (soyğunçuluq) maddəsilə axtarışda olan Dəyanət Haqverdiyev mayın 30-da tutulub.

Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 180-ci (soyğunçuluq) maddəsilə axtarışda olan Samir Həsənzadə mayın 27-də tutulub.


Bütün xəbərlər Facebook səhifəmizdə