Bakının Xətai rayonunda iki qadını maşın vurub

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfəri avtomobil vurub.

SİA xəbər verir ki, hadisə Cavanşir körpüsündə baş verib.

1977-ci il təvəllüdlü Hüseynova Sevda Alxas qızı və rəfiqəsi 1973-cü il təvəllüdlü Rəhimova Çiçək Bəxtiyar qızı yolu keçərkən onları avtomobil vurub. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə