Azərbaycanda məhkəmə sədri vəfat edib

Azərbaycanda məhkəmə sədri vəfat edib. SİA-nın xəbərinə görə, Cəbrayıl Rayon Məhkəməsinin sədri Mehman Nuriyev uzun sürən xəstəlikdən sonra 63 yaşında dünyasını dəyişib.

O, Biləsuvar rayonu ərazisində yerləşən qəbiristanlıqda dəfn edilib.

Qeyd edək ki, M.Nuriyev 1958-ci ildə Biləsuvar rayonunda anadan olub. O, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib və həmin ildən də prokurorluq və məhkəmə orqanlarında müxtəlif vəzifələrdə işləyib. M.Nuriyev 2020-ci ildən Cəbrayıl Rayon Məhkəməsinin sədri vəzifəsində çalışırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...