Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
SİA xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb
"Toyota" markalı avtomobil yolu keçmək istəyən 64 yaşlı Cəfərov Çingiz Əkbər oğlunu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.




USD
EUR
GBP
RUB