Yəməndə nümayişlər davam edir, 25 etirazçı öldürülüb

Yəməndə nümayişlər davam edir, 25 etirazçı öldürülüb

Yəməndə nümayişlər davam edir. SİA-nın məlumatına görə, Yəmənin paytaxtı Sənanın cənubunda yerləşən Taiz şəhərində nümayişlər qarşısıalınmaz həddə çatıb.

Polisin nümayişçilərə müdaxiləsi isə can itkisinə səbəb olub. Belə ki, bu gün şəhərdə polislə nümayişçilərin arasında baş verən qarşıdurmalar nəticəsində 25 nəfər həlak olub. Ölənlərlə yanaşı, çox sayda yaralının da xəstəxanalara yerləşdirildiyi bildirilib. Bölgənin təhlükəsizlik nümayəndəsi açıqlaması zamanı nümayişçilərin sakitləşdirilməsi üçün əllərindən gələni etdiklərini, lakin bu cəhdlərin heç bir nəticə vermədiyini diqqətə çatdırıb: \"Yəmənin prezidenti Əli Abdullah Salehinin istefasını istəyən müxalifət nümayəndələri artıq 4 aydır ki, ölkənin Azadlıq meydanında etirazlar təşkil edirlər. Danışıqlarla nümayişlərin qarşısını almaq qeyri-mümkündür. Bu gün təhlükəsizlik nümayəndələri meydana hücum ediblər. Hadisə nəticəsində 25 nəfər həlak olub\".

Qeyd edək ki, zirehli vasitələrdən və tanklardan istifadə edən polis nümayəndələri arasında can itkisi olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə