Zabratda dəhşətli hadisə

İyunun 6-sı saat 23:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Svetlana Məmmədovanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluğun Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkənin tanışı Ramil Rəhmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Svetlana Məmmədovaya xəsarətlər yetirib. S.Məmmədova almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramil Rəhmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə