Mayın 30-da Sakit okeanında Tonqa adaları ərazisində 5,2 bal gücündə zəlzələ baş verib. SİA-nın xəbərinə görə, bu barədə məlumatı ABŞ Geoloji Xidməti yayıb. Qeydə alınan yeraltı təkanların episentri Neiafu şəhərindən 393 kilometr şimalda, ocağı isə 27,2 kilometr dərinlikdə olub. Tələfat, dağıntı və sunami təhlükəsi bardə məlumat verilmir.
Eyni zamanda İndoneziyanın Sumatra adasından cənub-qərbdə 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Benkulu şəhərindən 440 kilometr və paytaxt Cakartadan 587 kilometr aralıda, 10 kilometr dərinlikdə olub. Dağıntı, tələfat və sunami təhlükəsi barədə məlumat hələ ki, daxil olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB