Azad edilmiş kənddə narkotik tərkibli bitkilər aşkar edilib - FOTO

Azad edilmiş kənddə narkotik tərkibli bitkilər aşkar edilib - FOTO

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilən Şelli kəndi ərazisində çəkisi 30 kiloqram olan 142 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə