Türkiyənin Kütahya şəhərində mayın 19-da baş vermiş 6 bal gücündə zəlzələdən sonra növbəti zəlzələ qeydə alınıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, rixter cədvəli ilə 5 bal gücündə zəlzələ bu dəfə də şəhərin Simav rayonunda baş verib. Zəlzələ nəticəsində insan itkisi yaxud dağıntının olmadığı bildirilir.
Qeyd edək ki, 19 mayda baş verən və 2 nəfərin ölümünə səbəb olan zəlzələdən zərərçəkənlər hələ də müvəqqəti çadırlarda yaşayır. Son 10 gün ərzində Kütahyada gücü 3-5 bal arasında dəyişən onlarla zəlzələ qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB