Sabirabadda bıçaqlanma hadisəsi baş verib.
SİA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Axıska kəndində qeydə alınıb.
Kənd sakini, 1974-cü il təvəllüdlü Əliyev İlqar Ağakişi oğlu və onun həyat yoldaşı, 1980-ci il təvəllüdlü Əliyeva Ziyafət Səməd qızı kürəkənləri tərəfindən bıçaqlanıb. Yaralılar çoxsaylı bıçaq yaraları ilə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB