Yeddi nəfər yaralanıb - MAYAMİDƏ ATIŞMA

Yeddi nəfər yaralanıb - MAYAMİDƏ ATIŞMA

Amerikanın Florida ştatında, Mayamidə, küçələrin birində naməlum şəxslərin açdığı atəş nəticəsində yeddi nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə NBC 6 polis məmuruna istinadən məlumat yayıb.

Məlumata görə, atışma cümə axşamı baş verib. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Polis atəş açan və zərərçəkənləri yaralayan şəxs barədə hələ məlumat yaymayıb. Qeyd olunur ki, hadisə hələ də ciddi şəkildə araşdırılır.

Diqqətə çatdıraq ki, silahdan belə atəş açma və yaralama faktlarına bu ölkədə tez-tez rast gəlinir. Bu barədə mediada kifayət qədər məlumatlar yer alır. Beləki, naməlum bir şəxsin silahdan atəş açması nəticəsində insan tələfatı və yaralanması halları, dünyaya vətəndaşların təhlükəsizliyi barədə dərs keçməyə çalışan ABŞ üçün sıradan bir hal, tez-tez təkrarlanan hadisələrdəndir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə