Şəmkir sakini bıçaqla özünə xəsarət yetirib

Şəmkir sakini özünə bıçaqla xəsarət yetirib.
SİA xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Kənd sakini Alıyev Ramin müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, özünə xəsarət yetirən kişi həmin vaxtı sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə