Soyğunçuluqla məşğul olan dəstə zərərsizləşdirilib

Soyğunçuluqla məşğul olan dəstə zərərsizləşdirilib

Mayın 21-i saat 18 radələrində 3 naməlum şəxs R. Qəmbərov küçəsində yerləşən parkda Xırdalan şəhər sakini Səyyad Şahquliyevin 150 manatını və mobil telefonunu alıblar. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinənlər Anar Allahverdiyev, Şəbnəm Bayramova və Ramin İbrahimov mayın 26-da tutulublar.

Müəyyən olunub ki, R. İbrahimov mayın 25-i saat 21:30 radələrində A. Nemətulla küçəsində Bakı şəhər sakini Ruslan Həsənovun mobil telefonunu əlindən alaraq qaçıb.

Bütün xəbərlər Facebook səhifəmizdə