Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək - SAXLANILDI

Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək - SAXLANILDI

Mayın 27-də Binəqədi RPİ 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, aktiv koronavirus xəstəsi olan Bakı şəhər sakini A.Əhmədovun yaşadığı evi tərk etməsi müəyyən edilib. DİN Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən saxlanılan A.Əhmədovla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə evinə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə