Gəncədə dəhşətli qətl

Mayın 26-da saat 13:00 radələrində Gəncə şəhəri ərazisində Günay Amanovanın bıçaqlanaraq öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri Qafar Amanov şəxsi münasibətlər zəminində aralarında yaraıb, mübahisə zamanı bıçaqla Günay Amanovaya xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qafar Amanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Qeyd edək ki, hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə