Lənkəran şəhərində bir ailənin bütün üzvləri qidadan zəhərlənib

Lənkəran şəhərində bir ailənin bütün üzvləri qidadan zəhərlənib

Lənkəran şəhərində yaşayan Qasımovlar ailəsi paxladan zəhərlənib və ev şəraitində özlərini müalicə etməyə səy göstəriblər.

SİA-nın məlumatına görə, bir müddət sonra vəziyyəti ağırlaşan ailənin 5 yaşlı üzvü Məryəm Murad qızı Qasımova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, dünyasını dəyişən qızın 6 yaşlı qardaşı Qasım Qasımov da eyni səbəbdən paytaxt xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB