Həyat yoldaşını bıçaqlayan şəxs həbs edilib

Həyat yoldaşını bıçaqlayan şəxs həbs edilib

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

1982-ci il təvəllüdlü Atakişiyeva Səbirə Ənvər qızı həyat yoldaşı ilə mübahisə zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ramil Atakişiyev saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə