Sumqayıtda oğurluq hadisəsi baş verib. DİN Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mebel salonlarının birindən 21250 manat dəyərində 3 ədəd kondisioner, transformator hissələri, 1 ədəd “DVR”, 1 ədəd monitor, 15 ədəd görüntü kamerası, kamera-mühafizə rejimi qurğuları, yanğın təhlükəsizliyi komplekt siqnalizasiya sistemi qurğuları və 2000 metr elektrik naqil oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunub R.Hüseynov saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB