Rusiyanın Saxalin bölgəsinin yeli sakini qədəh yoldaşını öldürüb hissələrə bölərək yaşadığı evin qonşu otağında gizlədib. Qeyd edək ki, hadisə ötən ilin sentyabrında baş versə də, amma hadisə ilə bağlı bütün təfərrüatlat bu günlərdə məlum olub.
Beləliklə, 56 yaşlı içki aludəçisi olan dostuna qonaq gələn 31 yaşlı kişi ev sahibi ilə “ xudmani bir məclis” qurublar. Sonradan birgə içkidən hərəkətlərinə nəzarəti itirən “dostlar” arasında münaqişə yaşanıb və 56 yaşlı kişi, 31 yaşlı “qonağı”nı vurub öldürüb.
Sonradan “özünə gələn” ev sahibi öldürdüyü “qonağını hissələrə bölərək, “gücü çatdıqlarını” yaxınlıqdakı meşəyə atıb. Onun meşəyə atmaq üşün gücü çatmadıqlarını isə yaşadığı mənzilin qonşu otağında “gizlədib”.
Axtarışa verilən 31 yaşlı kişi haqqında məlumat 56 yaşlı içki dostu ilə aparılan sorğu-sualdan sonra üzə çıxıb. Hazırda etdiyi əməli etiraf edən 56 yaşlı kişi barədə cinayət işi qaldırılıb.
Qeyd edək ki, ötən gün başqa bir “maraqlı” cinayət hadisəsi Moskvada qeydə alınıb. Belə ki, fiqurlu konkisürmə üzrə məşqçi onun “tələbəsi” olmaq arzusu ilə qapısını döyən gənc qadını güllələyib.
Rus mətbuatının verdiyi məlumata görə, güllələnən qız tək olmayıb. Rəfiqəsi də onunla olub. Qapının zənginə qapıya gələn məşqçinin əlindəki silah onları təəccübləndirib.
Qadınlar məşqçidən onları niyə silahla qarşıladığını sorşduqda məşqçi heç bir söz demədən qadınlardan birinə atəş açıb.
Verilən məlumata görə, hazırda hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB