Mayın 20-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini İntiqam Rəsulov vurulub, sürücü isə hadisə yerini tərk edib. DİN Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol qəzasını törədən qeyd edilən avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Məmmədov saxlanılıb.
Qeyd edək ki araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB