DİN 21 may tarixli statistikanı yayıb

DİN 21 may tarixli statistikanı yayıb

DİN 21 may 2021-ci il tarixli statistikanı paylaşıb. SİA həmin statistikanı sizə təqdim edir:

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş,1 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə