Ağstafada 14 yaşlı piyadanı maşın vurub

Ağstafada 14 yaşlı piyadanı maşın vurub

Ağstafada piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Yuxarı Göycəli kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçmək istəyən 2007-ci il təvəllüdlü Cavid Oruclunu vurub.

14 yaşlı yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə