Avstraliyanın Yeni Cənubi Uels ştatında fırtına baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, güclü yağış saniyədə 28 metr sürətlə əsən küləklə müşayiət olunub. Nəticədə, ağaclar qırılıb, elektrik xətləri sıradan çıxıb bəzi ərazilərin elektrik enerjisi ilə təminatında fasilələr yaranıb. Həmçinin, avtomobil yolları su altında qalıb, nəqliyyatın hərəkəti çətinləşib. Xəsarət alanlar var.
Meteoroloqlar hava şəraitinin yaxın bir neçə gün ərzində daha da kəskinləşəcəyini proqnozlaşdırırlar. Hazırda yaranmış vəziyyətlə əlaqədar müvafiq işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB